turklehceleri.org

bəbək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bəbək

is.
1. Göz giləsinin ortasındakı qara dairəcik. [Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi. [Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı. Mir Cəlal.
2. Bax bəbə 1-ci mənada. O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. A.Səhhət.
3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət. Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun. ‣ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.) – qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə. Bəbək tək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi. [Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam. M.S.Ordubadi.


Axir izdelgen sözler: