səy
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səy
is. [ər.]
1. Çalışma, çalışıb-çapalama, cəhd. Səyi bir nəticə vermədi. – Öhdəmizə götürdüyümüz vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz.. C.Məmmədquluzadə. • Səy etmək (eləmək) – bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün var gücü ilə çalışmaq, cəhd etmək, çalışıb-çapalamaq, əlləşmək. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. C.Cabbarlı. Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Mir Cəlal. Səy göstərmək – çalışmaq, əlləşmək, cidd-cəhd etmək. Sosialistlərə yaxınlaşanda Kərim “səy” göstərdi, gözə girməyə, qabaq cərgəyə çıxmağa cəhd etdi. M.İbrahimov.
2. Səylə şəklində zərf – səy göstərərək, çox çalışaraq, bacardığı qədər cəhd edərək, var gücü ilə. Ağdöşlüklü qadınlar müştərilərə səylə qulluq eləyirdilər. M.Hüseyn. Rüstəm kişinin başına [Yarməmməd] xüsusi bir səylə fırlanırdı. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sə’y
cəhd, çalışma
{çabalama, çalışma}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səy
çaba, gayret, özen