səsləşmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səsləşmək
1. qarş. Bir-birini səsləmək. Qızlar bir-biri ilə səsləşdilər. – Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Çəmənzəminli. // Səs-səsə vermək, səslərini çıxarmaq (çoxları haqqında). Zərnişanın eyvanın yarısı boyda düzəltdirdiyi arakəsmə qəfəsdəki toyuqlar da çaxnaşır, səsləşirdi. B.Bayramov.
2. məc. Bir-birinə uyğun gəlmək, daxilən oxşamaq, həmahəng olmaq, müvafiq olmaq. Müasir həyatla səsləşən əsər. – ..O zaman Qafqaz xalqlarının həyatında, sənət və ədəbiyyatında zəmanənin qabaqcıl fikir və idealları ilə səsləşən diqqətəlayiq təzahürlər olmuşdur. M.İbrahimov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səsləşmək
seslenmek