turklehceleri.org

sərt

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sərt

sif.
1. Bərk, möhkəm. Sərt daş. – Bu vaxt yaxında, sərt qayaların dalında insan gülüşləri, külüng və motor səsləri eşidildi. Z.Xəlil.
2. Şiddətli, kəskin (yumşaq, mülayim ziddi). Sərt iqlim. Sərt soyuq. Sərt şaxta. Sərt külək. – Əlimizi aparardı sərt ayaz; Ruzimiz olurdu gündən-günə az. Aşıq Ələsgər. [Seyfəli] aranın .. istisindən çıxıb yaylağın sərt soyuq havasına düşdüyü üçün üşüyüb acı alma kimi büzüşmüşdü. B.Bayramov. // Zərf mənasında. Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. N.Xəzri.
3. məc. Qaba, kobud, tünd, kəskin. Sərt adam. Sərt xasiyyət. – Rüstəm kişi Səkinəyə sərt bir cavab verdi. M.İbrahimov. Yaxşı, daha niyə belə lüt-üryan dayanmısan qabağımda, geyin gedək! – deyə, Sultan qardaşı oğlunu sərt nəzərlə süzdü. İ.Hüseynov.
4. Cod, yumşaq olmayan. Sərt tük. Sərt yun. Sərt parça.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sərt

I. ciddi, zabitəli, möhkəm, əzmkar, səbatlı
{ciddi, kurallı, sağlam, azimli, inatçı}

II. kobud, qaba, ədəbsiz, nəzakətsiz
{saygısız, kaba, edepsiz, nezaketsiz}

III. quru, ətalətli
{kuru, hareketsiz}

IV. tələbkar, kəskin, ağır
{inat, keskin, ağır}

V. acıqlı, qaşqabaqlı
{sinirli, suratsız}

VI. qəddar, zalım, dəhşətli, rəhmsiz, insafsız
{gaddar, zalim, korkutucu, acımasız, insafsız}

VII. cod, bərk
{kaba, saygısız}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sərt

dürüşt, haşin, hırçın, katı, müfrit, pek, sert


Axir izdelgen sözler: