turklehceleri.org

səltənət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

səltənət

is. [ər.]
1. Padşahlıq, hökmdarlıq. Səltənətə keçmək. Səltənət əlindən çıxmaq. Səltənət sürmək. – ..İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. Çəmənzəminli. Həddindən artıq təkəbbürlü və lovğa olan şah səltənət adamlarının tələbinə görə özünü daha da təkəbbürlü və qaşqabaqlı göstərməyə çalışırdı. P.Makulu.
2. Dövlət, hökumət. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, Kral avara düşüb. M.F.Axundzadə. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. M.S.Ordubadi. // məc. Var, dövlət, yaxud ən əziz, ən qiymətli şey, adam haqqında. [Araz:] Sağlamlıq və zəhmət ən böyük səltənətdir. A.Şaiq. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, taci-sərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.
3. məc. Obrazlı təşbehlərdə: bir şeyin hakim, hökmran, çox bol olduğu yer haqqında. Neft səltənəti. İşıq səltənəti. – Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq; çiçəklər səltənəti deyilməyə layiq bir açıqlığa çıxdıq. A.Şaiq. Nə sonsuzdur bu yerlərdə səltənəti qarın, buzun! R.Rza.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

səltənət

I. padşahlıq, hökmkarlıq
{padişahlık, hükümranlık}

II. dövlət, hökümət
{devlet, hükümet}

III. dəbdəbə, təntənə
{azamet, ihtişam}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

səltənət

saltanat


Axir izdelgen sözler: