turklehceleri.org

səhhət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

səhhət

is. [ər.] Sağlamlıq, cansağlığı. Səhhəti pozulmaq. Səhhətini qorumaq. – Gülnaz indi qalın cildli bir kitabı vərəqləyir, uşaq səhhətinə aid şəkillərə baxırdı. S.Rəhimov. Canına bax, elə olsun səhhətinə ziyan olmasın. Mir Cəlal. • Səhhət tapmaq – sağalmaq, yaxşı olmaq, şəfa tapmaq. [Fərhad:] Nəhayət, mən səhhət tapdım. C.Cabbarlı. ..Molla Cəfərqulu tibb elminə dara olduğundan möhtaci-dərman və müalicə olanlara müraciət edir və çoxları ondan səhhət tapır. T.Ş.Simurq. Səhhəti-vücud! – canın-başın sağ olsun! (Hamamdan çıxan adama səhhət arzusu bildirir). [Məşədi Qəzənfər:] Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Ü.Hacıbəyov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

səhhət

sağlamlıq, cansağlığı
{sağlamlık, dirilik}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

səhhət

esenlik, sıhhat


Axir izdelgen sözler: