səfil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səfil
sif. və zərf [ər.] Daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil. Səfil adam. Səfil həyat sürmək. Səfil yaşamaq. – [Cavanşir bəy Dilaraya:] Sən o səfil rəssamdan əl çək! Ə.Məmmədxanlı. [Zeynal:] Mən əvvəlki səfil və rəzil həyatdan tamamilə əl çəkib sənə tərəf gəlirəm. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // İs. mənasında. Dedik ki, torpaqda nə səfil, nə ac; Nə də bir kimsəsiz görünsün gərək! S.Vurğun. // Acınacaqlı, müsibətli, fəlakətli; səfalətli. [Qutluq:] Sən də məni məhv et, rica edirəm. Məni bu səfil həyatın əlindən qurtar. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səfil
I. sərsəri, sərgərdan, avara
{serseri, şaşkın, avare}
II. zəlil, miskin, rəzil, mənfur
{zelil, miskin, rezil, iğrenç}
III. fəlakətli, müsibətli, qorxulu
{musibetli, belâlı, korkunç}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səfil
sefil