turklehceleri.org

sürtmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sürtmək

f.
1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək. – [Fatma:] Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi... Çəmənzəminli. [Yusif:] Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. B.Bayramov.
2. Sürtərək xırdalamaq, doğramaq, şirəsini çıxartmaq. Çuğunduru sürtgəcə sürtmək.
3. Hərəkət zamanı ağrı vermək, dərini incitmək, əziyyət vermək, zədələmək. Çəkmə ayağımı sürtür.
4. Çəkmək, toxunduraraq gəzdirmək, dəydirmək. [At] Kərbəlayı Qasımın dalınca gedəgedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.
5. Qum, pasta və s. ilə sürtüb təmizləmək. Qabları sürtmək. Vannanı sürtmək. – Qız əlində samovarın qara qapağını sürtə-sürtə saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski.
6. məc. məh. Süründürmək. Mədət başını bulayaraq oturmuş, Sübhanverdizadəyə olan borcunu necə olur olsun bu ayın içində vermək qərarına gəlmişdi. Əfruz bacı isə bu pulu sürtməyi qət etmişdi. S.Rəhimov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sürtmək

çitilemek, ovalamak, ovmak, sürtmek


Axir izdelgen sözler: