solğun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
solğun
sif.
1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə. – [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı. M.Rzaquluzadə. [Mahmudun] solğun sifəti qızarmışdı. S.Vəliyev. // Təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. Solğun çiçək. Solğun yarpaq. // məc. Pəjmürdə, tutqun, pərişan, dilxor. [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.
2. Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. Solğun parça. Solğun pərdə. – [Hacı Qara:] Rus malı alıram, solğun (z.) çıxır, qızılbaş malı alıram, çürük çıxır. Ə.Haqverdiyev. // Ağarmış, bozarmış, rəngi getmiş. Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Çəmənzəminli. Kosa iki əli ilə öz başına bərk bir qapaz vurdu. Onun solğun kepkasının burnu öz burnu ilə qoşalaşdı. S.Rəhimov. // Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. Solğun şəfəq. Solğun işıq. – Bəzən də göyləri gəzən solğun ay; Yarıb buludları hücuma çıxır. S.Vurğun. Günəş solğun, üfüq də tutulmuş kimi dərdə; Orda sarı buludlar sallanır pərdə-pərdə. M.Müşfiq.
3. məc. Dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. Solğun tərcümə. Əsərin solğun dili var.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
solğun
solgun
Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)
solğun
1. gevşek; işke solğun karadı: işe lâkayit baktı; 2. sukut, tedenni.