turklehceleri.org

siyahı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

siyahı

is. [fars.] Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s. Şagirdlərin siyahısı. Kitabların siyahısı. Evlərin siyahısı. Seçicilərin siyahısı. – [Məhərrəm bəy:] ..Atamın siyahı dəftəri əlimə düşdü. S.S.Axundov. Qonaqların siyahısı otuz nəfərə çatanda Tərlanovun arvadı deyinməyə başlamışdı. H.Seyidbəyli. • Siyahı tutmaq – bir-bir, sıra ilə adları kağız üzərində yazmaq, sıralamaq. Kitabların siyahısını tutmaq. Gələnlərin siyahısını tutmaq. Siyahıya almaq (vurmaq, götürmək) – bax. siyahı tutmaq. [Oğlan:] Varlıların, tacirlərin, mülk sahiblərinin varyoxlarını siyahıya vurub əllərindən alıblar. Ə.Haqverdiyev. [Nuriyyə:] Balaca bir kataloq düzəltmək üçün kitabları yenidən siyahıya aldım. İ.Əfəndiyev. [Məmməd İsmayılov:] Elə isə, Murad, götür siyahıya, Hüseyn Xələfov. S.Rəhman.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

siyahı

bordro, liste


Axir izdelgen sözler: