sallaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sallaq
I. is. [ər.] Mal-heyvan kəsən, sallaqxana fəhləsi.
II. sif. Sallanmış halda olan, sallanan, aşağıya tərəf uzanmış, ya bükülmüş. Tazının başı tülkü başı kimi uzun, qulaqları sallaq olardı. H.Sarabski. Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. Kərim baba iri sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. // Asılı, asılı vəziyyətdə. [Qədir] bir əlilə qundaqdan, o biri əli ilə də tüfəngin qolundan tutub, sallaq bir vəziyyətdə saxlayır, gəzinirdi. Mir Cəlal.