layiq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
layiq
sif. [ər.]
1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. – İgidlik iddiasın edənə layiq deyil yalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, .. mənim istədiyim odur ki, özümə layiq arvad olsun. Ü.Hacıbəyov. • Layiq bilmək (görmək) – münasib bilmək (görmək), yaraşdırmaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə.. Q.Zakir. [Fəxrəddin] bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. M.S.Ordubadi. Layiq görülmək – bir şeyə layiq olduğu qəbul edilmək, layiq hesab edilmək. Mükafata layiq görülmək. Tərifə layiq görülmək. – Çəmbərəkənd böyük bir şəhərin içərisində yoxsullara layiq görülmüş bir kənd idi. S.Rəhman. // köhn. İzafət birləşmələrinin birinci tərəfi kimi işlənir; məs.: layiqi-təhsin (alqışlanmağa layiq), layiqi-tərif (tərifə layiq) və s. [Humay:] Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-olsa ancaq layiqi-nifrət ola bilər. H.Cavid. Sənəti-şeir ilə, Vahid, sən də göstər bir hünər; Layiqi-təhsin deyil kim ki, sənətkar olmasa. Ə.Vahid.
2. Layiqlə şəklində – bax. layiqincə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
layiq
ləyaqətli, dəyərli, qiymətli, hörmətli, ehtiramlı
{lâyık, değerli, kıymetli, saygın, itibarlı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
layiq
layık
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
layiq
a. Layık, uygun. Layiq kelmek – Uygun gelmek. Layiq bolmaq – Uygun olmak.