safdil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
safdil
[ər. saf və fars. dil] bax. safürəkli. [Həsənqulu bəy:] ..İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ən böyüyüdür. Ü.Hacıbəyov. Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. Çəmənzəminli. • Safdildən – ürəkdən, təmiz qəlblə, səmimi olaraq, səmimiyyətlə. ..Otello dəxi ona aşiq olmağını bildirib, bir-birinə safdildən məhəbbət bağladılar. F.Köçərli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
safdil
səmimi, ürəyiaçıq
{samimi, içten}