ruzi
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ruzi
is. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. • Ruzi etmək (eləmək) – azuqə kimi işlətmək, yeyəcək kimi istifadə etmək. [Fərəc:] Bir şey yığıb verərsiniz, mən də aparıb özümə ruzi edərəm. Qantəmir. [Mirzə] meşənin pencər və otundan ruzi etməyə başladı. S.Rəhimov. Ruzi qazanmaq, ruzisini çıxarmaq – gündəlik yemək-içməyini əldə etmək, çörəkpulu qazanmaq. [Kazım:] İndi .. xanın sayəsində təzətəzə uyuşub, balalarımın ruzisini çıxarıram. Çəmənzəminli. Ruzimi (ruzini, ruzisini) əldən buraxmaq (çıxarmaq) – əlinə düşən nemətdən, azuqədən məhrum olmaq; uduzmaq. [Ovçu:] Nə üçün ruzimi əlimdən buraxım, nə üçün halal malımı sənə bağışlayım? Ə.Məmmədxanlı. Ruzisini kəsmək – yeyəcəkdən məhrum etmək, yeyəcəyini əlindən almaq, yeyəcəksiz qoymaq; ac qoymaq. [Nəcəf] uşaqların ruzisini kəsəndə belə olar. İ.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ruzi
I. azuqə, yeyəcək
{azık, yiyecek}
II. qismət
{kısmet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ruzi
rızık