qıvrım
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qıvrım
1. sif. bax. qıvrıq. Qıvrım o saçın müşkə qalib gəlib aləmdə. Heyran xanım. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Qızın qıvrım saçları yastığa dağılmışdı. M.Hüseyn. // Spiral şəklində olan; buruq, burma.
2. is. Bir şeyin əyilib bükülən yeri, qıvrım yeri. qıvrım-qıvrım sif. və zərf Çox qıvrım. Qıvrım-qıvrım saç. Qıvrım-qıvrım olmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qıvrım
buruq
{büküm}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qıvrım
büklüm