turklehceleri.org

görüşmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

görüşmək

qarş.
1. Bir-birini görmək. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. N.Nərimanov. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi. M.S.Ordubadi.
2. Əl verib salamlaşmaq, hal-əhval soruşmaq. Üç həftə əvvəl, Mehriban bütün fəlakətlərinə [Naşad əfəndinin] səbəb olduğunu söylədikdə, Səlim onunla xüsusi surətdə görüşmüşdü. S.Hüseyn. Yoldaşları Eldarla köhnə və yaxın bir dost kimi görüşdülər. M.Rzaquluzadə.
3. Əl verib sağollaşmaq, xudahafizləşmək. Ev sahibləri ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığıca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə. Görüşüb qocadan ayrıldı Polad; Yollarda quş kimi açdı qol-qanad. A.Şaiq. Biz Eldarla görüşüb ayrıldıq və ona söz verdim ki, bir də göyərçinə güllə atmayacağam... M.Rzaquluzadə.
4. Bir məqsədlə birilə görüşüb danışmaq, məsləhətləşmək. Müdirlə görüşmək. – Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. Ə.Haqverdiyev.
5. Gəzmək, dostluq etmək (qızla oğlan haqqında). Qız, Teymurla cəmisi iki ay görüşmüşdü. H.Seyidbəyli. Su gəldi bağa, neylim? Dəydi yarpağa, neylim? Görüşürük bağçada; Gəlmir otağa, neylim? (Bayatı). [Rüstəm bəy:] Mən sənə izin verirəm ki, sən gedib onun ilə görüşəsən. Ü.Hacıbəyov. • Görüşə getmək – bir-birini görmək (qızla oğlan haqqında).
6. Təsadüfən bir-birinə rast gəlmək, təsadüf etmək, rastlaşmaq, üz-üzə gəlmək. [İbn Yəmin:] Aylarca əgərçi ayrı düşdük; Qismət bu, yenə bu gün görüşdük. H.Cavid. Bir dəfə sabah saat yeddidə bir fabrikin qapısında bir dəstə işarayanlar arasında Mansurla görüşdük. Çəmənzəminli. Tez çatsın əlimiz bərkə düşərsək; Zorlu qoşun ilə biz görüşərsək. H.K.Sanılı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

görüşmək

qarşılaşmaq, rastlaşmaq
{karşılaşmak, rastlamak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

görüşmək

buluşmak


Axir izdelgen sözler: