qurdalamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qurdalamaq
f.
1. Bir şeyi əli ilə və ya başqa bir şeylə əlləşdirmək, yerindən tərpətmək, qarışdırmaq, o tərəf-bu tərəfinə toxunmaq. Şeyləri qurdalamaq. – Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn. // Əli ilə araşdırmaq. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev.
2. Qaşımaq, toxunmaq, əlləşdirmək, qıcıqlandırmaq. Yaranı qurdalamaq.
3. məc. Təzələmək, üstünü açmaq, yaxud yaddan çıxmış bir şeyi təzədən yada salmaq. Mən məsələni çox da qurdalamaq istəməyərək, intibahnaməni oxumağa başladım. M.S.Ordubadi. Keçmişlərini qurdalamaq, onu yaxından tanımaq arzusu gündəngünə artırdı. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qurdalamaq
I. qaşımaq, toxunmaq, qıcıklandırmaq
{kaşımak, dokunmak, gıdıklamak}
II. eşelemeq, elleşdirmeq, terpetmeq, qarışdırmaq
{eşelemek, yoklamak, kımıldatmak, karıştırmak}