turklehceleri.org

qonaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qonaq

is.
1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. ..Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində. C.Məmmədquluzadə. Qonaqlar üçün papirosla maxorka da gətirilmişdi. M.Hüseyn. • Qonaq etmək (eləmək) – məmnuniyyətlə vermək, təklif etmək (yemək, içmək və s.). [Yusif:] Bu gün dostum Nizaminin bağçasında hamını ceyran kababı ilə şəraba qonaq edəcəyəm. M.Hüseyn. Qonaq getmək – çağırılmış bir yerə, qonaqlığa getmək. Qonaq gəlmək – bir yerə görüşə gəlmək. Günlərin birində Fəridə ərinin evindən ata-anasıgilə qonaq gəldi. M.Hüseyn. Qonaq otağı – evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq. // Birinin başqa bir yerdə (kənddə, şəhərdə) yaşayan tanışı, bir-birinin evində qonaq qalan adamlardan hər biri. Bu kənddə bizim bir qonağımız var. // Ziyafətə, bayrama və s.-yə dəvət olunmuş adam. Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. M.S.Ordubadi.
2. məc. Müvəqqəti olaraq bir yerə düşmüş, bir yerdə qalan adam; gəldi-gedər. [Xudayar bəy odabaşıya:] ..Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi. C.Məmmədquluzadə. Bir gecəlik qonağa ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. // Eyni mənada quşlar haqqında. Bu quşlar yazda bizim yerlərdə qonaqdırlar. • Qonaq qalmaq – bir yerdə gecələmək, gecə, ya gündüz azacıq bir zaman üçün bir yerə düşmək, bir yerdə qalmaq. Bir günlük burada qonaq qalacağam. // Bir iclasda, yığıncaqda, bayramda, şənlikdə və s.-də iştirak etməyə dəvət edilmiş kənar adam. Qonaqlar üçün yer. O, iclasda qonaq sifəti ilə iştirak edir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qonaq

mehman
{misafir}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qonaq

konuk, misafir

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

qonaq

I Mısır. Sériq qonaq – Sarı mısır.
II. Sözge qonaq – Birinin sözünü kesmek; sözü engellemek.


Axir izdelgen sözler: