məcnun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
məcnun
sif. və is. [ər.]
1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. • Məcnun etmək – dəli etmək, divanə etmək. Məcnun olmaq – dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət. H.Cavid.
2. məc. Aşiq, vurğun, dəlicəsinə vurulmuş. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam; Gəlməyib aləmə bir mən kimi məcnun aşiq. Q.Zakir. Niyə bu məcnunu etmiş fəramuş? Nədən ötrü olub biganə səndən? Nəbati.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
məcnun
dəli, divanə
{deli, divane}