qolay
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qolay
sif.
1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm. Sən bu canlara sataşmağı sanırsanmış qolay; Öylə bir fikirdəsənsə, yanılırsan, hay, hay! Ə.Nəzmi.
2. Münasib, uyğun, rahat. Bu yer mənə qolay deyildir.
3. Bikara, yüngül. Əfruz bacı aldığı toyuqların seçməsini damazlıq üçün saxlayır, qolayını isə kəsdirirdi. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qolay
I. asan, yüngül
{kolay, hafif}
II. münasib, uygun, rahat
{münasip, uygun, rahat}
III. bikar, yüngül
{işsiz, hafif}
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
qolay
Kolay, rahat, uygun. Qolay purset – Y uygun fırsat.