qitə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qitə
is. [ər.]
1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi. Avropa başqa qitələrə nisbətən böyük deyildir. – Yer kürəsi günəşdən ayrılandan və üst təbəqəsi soyuyandan sonra ilk qitələr əmələ gəlmişdir. M.Qaşqay. // Ölkə, məmləkət. Nə yaxşı ki, insan əli yetmir Günəşə; Yetə bilsə, min qitəyə parçalayacaq. M.Araz.
2. Parça, hissə, qisim, cüz. Yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. M.F.Axundzadə.
3. ədəb. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qitə
parça, hissə, qisim, cüz
{parça, hisse, bölüm, cüz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qitə
kıta