beçə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
beçə
is. [fars.]
1. Bala.
2. Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan ağınabozuna baxmadan, beçədən, əmlikdən kəsdirib yeyirdi. M.Hüseyn.
3. Cavan bal arısı. • Beçə vermək – bax beçələmək. [Piri kişi:] Yaxşı vaxtında gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. S.S.Axundov. Arılar beçə verən zaman kənd adamı meşəni dolanar, bu arı pətəklərindən tapar, hər birisindən pudlarla bal götürərdi. S.Rəhimov. Beçə balı – cavan arının balı, təmiz ağ bal. Gülpərinin İdris üçün saxladığı beçə balı, motal pendiri və kərə yağı Əlyarovun çox xoşuna gəldi. M.Hüseyn.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
beçə
piliç