qatmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qatmaq
f.
1. Əlavə etmək, qoymaq, birləşdirmək, qoşmaq, içərisinə daxil etmək. Qoyunu sürüyə qatmaq. – Hər birinə ağır taylar çatdılar; Bizləyə-bizləyə köçə qatdılar. Q.Zakir. Gözəldir günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq. M.Müşfiq. Göz tək bulaqlardan buz tək suları; Axıdıb çaylara qatar, o dağlar. H.K.Sanılı. • Qabağına qatmaq – bax. qabaq2.
2. Qarışdırmaq. Sirkəyə su qatmaq. Südə su qatmaq. – Aşiqin cigər qanından şərbəti var, ey həkim; Qatma anın şəkkərinə qəndlə innablar. Nəsimi. Su, şaraq-şaraq axaraq, daşla qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. • Qatıb qarışdırmaq – qarmaqarışıq etmək, bir-birinə qarışdırmaq, dolaşdırmaq. [Rəcəb:] O zaman balası da mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb qarışdırıb.. N.Vəzirov.
3. dan. Salmaq, soxmaq. Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə.
4. Bəzi isimlərin qabağına gətirilərək, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: pər qatmaq, şuluq qatmaq, əl qatmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qatmaq
I. birləşdirmək, qoşmaq
{birleştirmek, koşmak}
II. qarışdırmaq
{karıştırmak}
III. soxmaq
{sokmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qatmaq
katmak
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
qatmaq
I Donmak, buz kesilmek, sertleşmek. Muz qatqan – Donmuş, buzlanmış. Kétip qalmaq – 1) Donmak 2) Korkudan donakalmak. Béshim qétip ketti – Kafam karışıp gitti. Külkidin ichim qatti – Gülmekten donakaldım.
II Koşmak. Xéchirni harwugha qétip qoymaq – Katın arabaya koşmak.
III Katmak, eklemek, ilave etmek. Süt qétip chay ichmek – Süt katıp çay içmek.