turklehceleri.org

qarışmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qarışmaq

f.
1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. Boyalar qarışdı. Kağızlar bir-birinə qarışıbdır. – Bənövşə rəngli üfüqdə almaz parçası kimi parıldayan dan ulduzu əriyir, getdikcə büllurlaşan havaya qarışırdı. M.Rzaquluzadə.
2. Birləşərək bir kütlə halına gəlmək. Camaat nümayişçilərə qarışdı. – Yenə adamlar bir-birinə qarışıb gəzməyə, oynamağa, söhbət etməyə başladılar. M.İbrahimov. Qoyunquzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Qovuşmaq, birləşmək, qoşulmaq. İki çay bir-birinə qarışdı. Uzun-uzun kölgələr küçələri çal-çarpaz doğrayıb bir-birinə qarışdırdı. Ə.Məmmədxanlı. Bütün dəstə hücuma keçən böyük axına qarışdı. M.Hüseyn.
3. Qarmaqarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. Saçları elə qarışıb ki, ayırmaq mümkün deyil. – Adamlar qarışır, hər kəs istəyir qabağa gedə və axırda basabas düşür, qilü qal başlanır. C.Məmmədquluzadə. Onun bığları saqqalına, saqqalı da bığlarına qarışmışdı. Qantəmir. • Bir-birinə qarışmaq – 1) dolaşmaq, anlaşılmaz hala gəlmək. Başımdakı fikirlər bir-birinə qarışdı. M.S.Ordubadi; 2) həyəcan(a) düşmək, təlaş(a) düşmək, təşviş(ə) düşmək, çaxnaşma düşmək. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və təxirlə çıxırdı. M.S.Ordubadi. Bazar birbirinə qarışmışdı. S.Rəhman. // Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək. Qarışdı, səsləndi birdən aralıq.. S.Vurğun.
4. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək (adətən “işə” sözü ilə). Özgənin işinə qarışmaq. – [Mirzə Səməndər:] Neçə vaxtdır buradayam, görmüsən məni belənçik işlərə qarışam? C.Cabbarlı. ..Sən də gəlinlərinə izin ver, çadralarını atıb, işə qarışsınlar. Qantəmir. Bir saatdan bəri sükut içərisində oturmuş Ulduz tutqun bir səslə söhbətə qarışdı. Ə.Məmmədxanlı.
5. Bulanmaq. Ürəyim qarışır.
6. Pozulmaq. Axşamüstü hava qarışdı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qarışmaq

I. qovuşmaq, birləşmək, qoşulmaq
{kavuşmak, birleşmek, koşulmak}

II. qatışmaq
{katışmak}

III. bulaşmaq
{bulaşmak}

IV. pozulmaq
{bozulmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qarışmaq

karışmak, tutuşmak


Axir izdelgen sözler: