turklehceleri.org

qalxmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qalxmaq

f.
1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü. – Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Gəlinlər, qızlar ağırağır enib qalxırdılar. Çəmənzəminli. // Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar. – Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. B.Vahabzadə.
2. məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.
3. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq. – Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı qalxanlara tamaşa edirlər. C.Məmmədquluzadə. O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. İ.Şıxlı. // Yüksəlmək. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. M.İbrahimov. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. // Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı.
4. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır. – Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. Ə.Məmmədxanlı.
5. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafiəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı.
6. Səviyyəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır. // Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır.
7. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır.
8. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. – Zurna düzəldi. Dəf vuruldu. Çəpik səsi qalxdı. Çəmənzəminli. Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qalxmaq

I. çalmaq, vurmaq, sancmaq, girdirmək
{çalmak, vurmak, iliştirmek, girdirmek}

II. durmaq, dikəlmək
{durmak, dikelmek}

III. sağalmaq, yaxşılaşmaq
{sağalmak, iyileşmek}

IV. dırmaşmaq, çıxmaq
{tırmanmak, çıkmak}

V. yüksəlmək, irəliləmək
{yükselmek, ilerlemek}

VI. qabarmaq
{kabarmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qalxmaq

kalkınmak, kalkmak


Axir izdelgen sözler: