turklehceleri.org

pörtmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

pörtmək

f.
1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur.. Çəmənzəminli. Gülşən pörtdü. İşin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev.
2. Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümü pörtdü. – Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü .. pörtmüşdü. Ə.Əbülhəsən.
3. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək. Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. (Nağıl). [Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm. İstəyirsən balığı da pörtdət. İ.Şıxlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

pörtmək

qızarmaq, bişmək
{kızarmak, pişmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

pörtmək

haşlamak


Axir izdelgen sözler: