turklehceleri.org

pusqu

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

pusqu

is.
1. Bir yerdə gizlənib adamı və ya ovu pusma, güdmə, gözləmə; marıq. Aslan həmişə pusquda idi ki, görək nə vaxt buna bir dilənçi rast olacaq. İ.Musabəyov. • Pusquda durmaq (dayanmaq) – gizlənib adamı və ya ovu güdmək; pusmaq, gözləmək; marığa durmaq. Kəngərli Həsrətlə Qüdrətin pusquda dayandığını zənn edib, geri qayıtmaq istədikdə Qaçay dilləndi.. Ə.Vəliyev. [Yaşarın] atası bir kərə tülkünü vurmaq üçün pusquda durmuşdu. M.Rzaquluzadə. Pusquya yatmaq – bax. pusquda durmaq (dayanmaq). [Əmiraslan ağa:] Qayadibi kəndinin arxasında pusquya yatarsan. S.S.Axundov.
2. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusqu yeri. Elə ki, Əhməd tacirbaşının karvanı gəlib çatdı, dəlilər pusqudan çıxıb kəsdilər başlarının üstünü. “Koroğlu”. Məşədi Əsgər öz pusqusundan çıxıb yenə çamadanın yanına gəldi. S.M.Qənizadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

pusqu

I. marıq, bərə
{pusu, av beklenilen yer}

II. güdmə, izləmə, tə’qib
{pusu, izleme, takip}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

pusqu

pusu


Axir izdelgen sözler: