pişvaz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
pişvaz
is. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal. • Pişvaz etmək – gələn adamı qarşılamaq, qabağına çıxmaq. Mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onları pişvaz edirdim. C.Məmmədquluzadə. Aşıq Cəlal qoca ustadını böyük bir hörmət və sevinclə pişvaz etdi. Ə.Məmmədxanlı. Pişvaza çıxmaq – bax. pişvaz etmək. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxdı. (Nağıl). [Hacı Nəsir:] Gülpəri .. gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. S.S.Axundov.