turklehceleri.org

pakizə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

pakizə

sif. [fars.]
1. bax. pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram.. Ə.Haqverdiyev.
2. məc. Yaxşı, gözəl, qəşəng. [Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə. Bu yaxında Məşədi Şərbətəlinin yaxşı, pakizə restoranı var. Ə.Haqverdiyev. • Çox pakizə – çox yaxşı, çox gözəl (bir şeyi bəyənmək, yaxud bir sözü təsdiq etmək məqamında işlənir). [Soltan bəy:] Çox gözəl, çox pakizə! Balam, heç sənin insafın-zadın yoxdur? Ü.Hacıbəyov. [Rəhim bəy:] Çox gözəl, çox pakizə! Elə mənim də axtardığım beləsi idi. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

pakizə

təmiz, saf
{temiz, saf}


Axir izdelgen sözler: