kəhrəba
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəhrəba
is. [fars.] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik. // Həmin maddədən qayrılmış bəzək (şeyi). Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Bülənd] bir hərəkətlə Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopardı.. Ə.Əbülhəsən.
2. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq. Kəhrəba müştük. – [Molla Sadıq] sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı. İ.Şıxlı.
3. məc. Təşbehlərdə. Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un. – Dönmüş kəhrəbaya sular xəzəldən; Əlində cam tutmuş ruzgar xəzəldən.. M.Müşfiq. Sevil açdığı süfrəni daha da zənginləşdirir, yağlı süd, qalın qaymaq, sarı kəhrəbanı andıran şit kərə və pendirlə doldururdu. S.Rəhimov.