oğruəyri
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
oğru-əyri
top. Oğrular, oğurluqla məşğul olan adamlar, əli düz olmayan adamlar; cinayətkarlar. [Cındırlı kişi:] Burada oğruəyri çox olduğundan müştəriləri nərdivan ilə çıxardıb, sonra nərdivanı götürürük. Ə.Haqverdiyev. Çoxdan bəri əlinə oğru-əyri keçməyən milis müvəkkilinin gözləri parıldayırdı. B.Bayramov.