ovuc
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ovuc
is.
1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq. – ..Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi. S.S.Axundov. [Yaşlı kişi:] Ovcumu soyuq su ilə doldurub sinəsini və döşlərini islatdım. S.Hüseyn. // məc. “Əl” mənasında. [İsgəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq.
2. Ovuc tutan qədər, ovuca yerləşən miqdar (adətən saylarla). İki ovuc buğda. ‣ Ovuc (ovcun) içi kimi (tək) – aydın, aşkar, yaxşı. Ovcumun içi tək görürəm aydın; Bir şey yayınmayır nəzərlərimdən. B.Vahabzadə. ovuc-ovuc sif. və zərf Ovuclayaraq, ovuclarla, ovuc dolusu. [Nəbi:] Ovuc-ovuc içək düşmən qanını. “Qaçaq Nəbi”. Yayda mən ovuc-ovuc su içmişəm doyunca; Sənin barmaq donduran şır-şır bulaqlarından. S.Rüstəm.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ovuc
avuç, aya