turklehceleri.org

oruc

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

oruc

is. [fars. “ruzə”dən] din. Müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında müsəlmanların gün çıxandan gün batana qədər heç bir şey yeyib-içməməsi. [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Ə.Haqverdiyev. • Oruc açmaq – ramazan (orucluq) ayında günbatandan sonra yeyib-içmək. Oruc bayramı – bax. orucluq bayramı (“orucluq”da). Novruz bayramında və oruc bayramında [qız evinə] tel, paxlava və s. həlviyyat xonça .. labüd gedəcəkdir. R.Əfəndiyev. Oruc tutmaq – müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında günçıxandan günbatana qədər heç bir şey yeyib-içməmək, ac qalmaq. [Xaspolad:] Vallah, indi heç orucluqda da oruc tutmuram. C.Cabbarlı. Orucunu yemək – oruc tutmamaq. [Kazım:] Deyirlər bir kənddə bir qocanı orucunu yediyinə görə döyüblər. Çəmənzəminli.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

oruc

oruç


Axir izdelgen sözler: