haqsız
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
haqsız
sif. və zərf
1. Haqq və insafa uyğun olmayan; ədalətsiz, nahaq, əsassız. Haqsız iddia. Haqsız cəza. – Mürsəqulu .. haqsız işə razı olmayan bir adam idi. S.Hüseyn. [Tahir:] ..Mən özümdən başqa hamını günahkar hesab eləməkdə haqsızam. M.Hüseyn. // Əbəs, nahaq, bihudə, boş yerə. [Rüstəm:] Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. • Haqsız yerə – əbəs, nahaq, heç bir ehtiyac olmadan, boş yerə. [Qanpolad:] Səlim! Burax, haqsız yerə tökmə qan. H.Cavid. Xanım haqsız yerə [Sarıköynəyi] söyüb-danlamağa, döyübincitməyə başlayır. S.Hüseyn.
2. Heç bir haqqı, hüququ olmayan.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
haqsız
I. ədalətsiz, insafsız
{adaletsiz, insafsız}
II. günahkar, təqsirli
{günahkâr, taksirli}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
haqsız
haksız