turklehceleri.org

nəmişlik

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nəmişlik

is.
1. Yağmurluluq, yağışlılıq, yağıntı. Yaz nəmişlik (z.) keçdi. – [Babakişi:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar quru keçdi, mən də borca düşmüşəm. C.Cabbarlı. [Ana:] Keçən il nəmişlik, bu il də quraqlıq. Ə.Vəliyev.
2. Nəm, yaş, rütubətli. Yer nəmişlik idi. Gecənin ayazı adamın iliyinə işləyirdi. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

nəmişlik

rütubətlik, yaşlıq, sululuq
{rutubetlik, ıslaklık, sululuk}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

nəmişlik

nemlilik


Axir izdelgen sözler: