turklehceleri.org

nəbz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

nəbz

is. [ər.]
1. Ürəyin fəaliyyəti nəticəsində arteriya (qan damarları) divarlarının ritmik vurması (adətən biləyin yuxarı hissəsində duyulur). Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən. C.Məmmədquluzadə. [Mirzə Mehdi] sonra gəlib Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu. Ə.Haqverdiyev. // Biləkdə həmin titrəyişin hiss edildiyi yer. Nəbzini yoxlamaq. – Şair içəri girib salam verdi, Mədinənin taxtının üstündə oturub nəbzinə baxdı. Çəmənzəminli.
2. məc. Bir şeyin (hadisənin, həyatın və s.) ritmi, tempi. Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. M.İbrahimov. [Xanmuradov:] Mən buraya baxarkən həmişə əsrimizin nəbzini duyaram. Ə.Sadıq. [Lalə] dördüncü buruğun nəbzini bir an əlindən buraxmaq istəmirdi. M.Hüseyn.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

nəbz

nabız


Axir izdelgen sözler: