turklehceleri.org

dayanmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dayanmaq

I. f.
1. Dayaq etmək, dayamaq, söykənmək. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara. C.Məmmədquluzadə. Nənə əlini yumruqlayıb masaya dayandı. S.Rəhimov. // Dirənmək, lap yanaşmaq. Bəylərbəyinin faytonu qapıya dayandı. M.S.Ordubadi.
2. Rast gəlmək, rastlaşmaq. Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Tazə həyat”ın nəsihətinə əməl edək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlir, ...oxucularımız ilə bir az söhbət eləyək. C.Məmmədquluzadə.

II. f.
1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır. Dəzgah xırp dayanır. M.İbrahimov. Qazma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. M.Hüseyn. // Fəaliyyətdən qalmaq, daha fəaliyyət göstərməmək, fəaliyyətini kəsmək. Və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. C.Məmmədquluzadə. // Kəsilmək, qurtarmaq, ara vermək. Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun.
2. Bir yerdə qərar tapmaq, gəlib bir yerdə durmaq, daha irəli hərəkət etməmək. Maşın bir dövrə vurub dayandı. Mir Cəlal.
3. Ayaq üstə durmaq. Qapılar örtülüb qapanmışdır; Arxasında nökər dayanmışdır. A.Səhhət. Bəzən ayna qabağında dayanıb gəlin; Öz hüsnünə dönə-dönə baxır vüqarla. S.Vurğun. // Durmaq, çəkmək. Növbədə dayanmaq.
4. Dözmək, tab gətirmək, davam gətirmək, qatlaşmaq. Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir. Könlümün şüşəsi, saqın ki, sınar; Toxunursa ayna daşa dayanmaz. Aşıq Ələsgər. [Hacı:] Hər gunə əziyyətə dayandıq. C.Cabbarlı.
5. Səbat göstərmək, üstündə durmaq, israr etmək. Sözünün üstündə dayanmaq.
6. Bir şey haqqında müfəssəl danışmaq. ..Mən də bu sözün üstə çox dayanıb uzunuzadı danışmaq istəmirəm. C.Məmmədquluzadə.
7. Səbir etmək, gözləmək, toxtamaq, duruş gətirmək. Bir qədər dayanmaq lazımdır. – Dedi: – Qışdır hənuz, həmsayə; Meynə fəsli deyil, dayan yayə. M.Ə.Sabir. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman. • Dayanıb durmaq – sakit durmaq, toxtamaq, heç bir təşəbbüs, hərəkət göstərməmək, iş görməmək, heç nə etməmək. Dayanıb duran yerdə – heç bir səbəb olmadan, nahaqdan.
8. Qalxmaq, yüksəlmək (adətən “ərşə”, “göyə” sözləri ilə). Fərraşların küçələrdə .. səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Əkdiklərimin tamamı yandı; Fəryadlarım göyə dayandı.. M.Ə.Sabir. Bir matəm paltarı geymiş üfüqlər; Tüstülər ah çəkib göyə dayanır.. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dayanmaq

I. dayamaq, söykəmək
{dayamak, diremek}

II. dirənmək, yanaşmaq
{direnmek, yaklaşmak}

III. rastlaşmaq
{rastlamak}

IV. durmaq
{durmak}

V. gözləmək, toxtamaq
{beklemek, sakin olmak}

VI. kəsilmək, qurtarmaq
{kesilmek, kurtarmak}

VII. qalxmaq, yüksəlmək
{kalkmak, yükselmek}

VIII. dözmək, qatlaşmaq
{sabretmek, katlanmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dayanmaq

dinmek, durmak


Axir izdelgen sözler: