nifrət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nifrət
is. [ər.]
1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. ..Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. • Nifrət etmək (bəsləmək) – zəhləsi getmək, iyrənmək, acığı gəlmək, görmək istəməmək, kin bəsləmək. Etmisən hüsn ilə bu aləmə şöhrət məndən; Yeri vardır edəsən axırı nifrət məndən. S.Ə.Şirvani. ..Vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəklər. M.S.Ordubadi. Nifrət yağdırmaq – acığını, qəzəbini, nifrətini bildirmək, kinli-kinli danışmaq. Müsafirələrin bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi.
2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir. Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.
3. Nifrətlə şəklində zərf – nifrət hissi ilə, öz nifrətini bildirməklə, hiddətlə, son dərəcə narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nifrət
ikrah, kin, ədavət, qərəz
{tiksinme, kin, öfke, garez}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
nifrət
nefret