naxələf
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
naxələf
sif. [fars. na... və ər. xələf] Əcdadına, əslinə, əsli-nəsəbinə layiq olmayan. Naxələf övlad. – Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. Ax, naxələf oğlum, nə yaman eşqə düşübsən; Ey kaş, usanaydın! M.Ə.Sabir. // İs. mənasında. Sanki bu sözlərin ixtiyarı oğlunda, o naxələfin əlində idi. Mir Cəlal. Aşıq sözü şirin olur, o çalsın; Naxələfi doğan ana qocalsın. R.Rza. // Çörəkitirən, nankor, naşükür. • Naxələf olmaq (çıxmaq) – nankor çıxmaq, yaxşılığı itirmək, çörək itirmək, nanəcib çıxmaq. El bilir, uşaqlıqdan o, naxələf olmayıb. S.Rüstəm. [Pərzad:] Məni öldürün, mən naxələf oldum.. Mir Cəlal. [Bayramın] kürəkəni naxələf çıxdı. Ə.Vəliyev.