nataraz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nataraz
sif. [fars.]
1. Kobud(ca), yekə, biçimsiz. Nataraz adam. – Pəri xanım gözlərini açıb gördü ki, evin ortasında nataraz bir pəhləvan oturub. (Nağıl). [Qurban:] Çox böyük işə girişirsən, Telli, orada elə nataraz kötüklər var ki. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, iri, yekə, cüssəli, azman. Deyirlər ki, [Koroğlu] çox nataraz adamdı. “Koroğlu”.
2. məc. Kobud, yöndəmsiz, yonulmamış, yontalanmamış. Natarazın (is.) biridir.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nataraz
I. yöndəmsiz, biçimsiz, yaraşıqsız
{yöntemsiz, biçimsiz, yakışıksız}
II. zorba
{zorba}