nagahan
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nagahan
[fars.]
1. bax. nagahani. ..Orada cavanlar nagahan bəlalara düçar olurlar.. C.Məmmədquluzadə. ..Hələ ömrümdə belə nagahan şey görməmişəm. S.Rəhimov.
2. zərf Gözlənmədən, birdən-birə, qəfildən, xəbərsiz. Nagahan küçədə ucaldı səda; Vur-haray düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. [Şeyx Hadi:] Nagahan başlayıb vəba, taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid. Günlərin birində öz evində yaşadığı vaxtda, nagahan, Həsən yenə də azarladı.. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nagahan
birdən-birə, qəflətən, gözlənilmədən
{birdenbire, ansızın, beklenmeden}