kasad
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kasad
[ər.]
1. sif. Ticarətdə: mala tələb olmadığı, müştəri tapılmadığı, onun satılmadığı hal; alış-verişdə durğunluq, rəvacsızlıq. [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? M.F.Axundzadə. • Kasad etmək (eləmək) – alıcıdan, müştəridən məhrum etmək; satılmamasına, alınmamasına, yayılmamasına səbəb olmaq. Kasad olmaq – bax. kasadlaşmaq.
2. is. Qıt(lıq), qəhət(lik), azlıq, çatışmazlıq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
kasad
I. qıt, qəhət
{kıt, kurak}
II. kasıb, yoxsul
{fakir, yoksul}