turklehceleri.org

məhsuldar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

məhsuldar

sif. [ər. məhsul və fars. ...dar]
1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq. – Ucubucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
2. Çox bar verən; gəlirli, xeyirli. Məhsuldar çay növü. Məhsuldar arı cinsi.
3. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək. // Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə. – Ona elə gəlirdi ki, insanlar heç bir zaman indiki qədər məhsuldar (z.) işləməmişlər. Mir Cəlal.
4. məc. Çox əsər yazan, çox yaradan, yaradıcılıq məhsulu çox olan. Məhsuldar alim. Məhsuldar yazıçı.
5. dilç. İndi də işlənən, yeni sözlər düzəltmə imkanı verən. Məhsuldar şəkilçilər. Məhsuldar formalar. ‣ Məhsuldar qüvvələr iqt. – maddi nemətlər istehsal etmək üçün alətlər və onları işlədib maddi nemətlər istehsal edən adamlar.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

məhsuldar

bərəkətli, səmərəli, bəhrəli, xeyirli, əlverişli, gəlirli
{bereketli, verimli, mahsullü, hayırlı, elverişli, gelirli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

məhsuldar

randımanlı, verimli


Axir izdelgen sözler: