turklehceleri.org

müntəzir

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

müntəzir

sif. [ər.] Gözləyən, intizar içində olan, intizarda qalan. Mən müntəzirəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzadə. [Hadi lələ:] Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. S.S.Axundov. Biçarə student xanımın çıxmağına müntəzir (z.) mağazanın qabağında gəzinməyə başladı. Çəmənzəminli. • Müntəzir qalmaq – intizarda qalmaq, nigarançılıqla gözləmək. Qalan yoldaşlar da tutdular bərə; Qaldılar müntəzir gələn səhərə. H.K.Sanılı. Müntəzir olmaq – nigarançılıqla gözləmək, intizar qalmaq, dayanıb gözləmək. [Odabaşı:] Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Ə.Haqverdiyev. Müntəzir qoymaq – intizarda saxlamaq, nigaran qoymaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

müntəzir

hazır
{hazır}


Axir izdelgen sözler: