müxtəsərcə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
müxtəsərcə
zərf Müxtəsər surətdə, yığcam halda; qısaca. Müxtəsərcə məlumat vermək. Vəziyyətlə müxtəsərcə tanış etmək. – Rüstəm bəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. Çəmənzəminli. // Sif. mənasında. Müxtəsərcə məktub. Müxtəsərcə cavab.