mütləq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mütləq
zərf [ər.]
1. Labüd, şübhəsiz, əlbəttə, yəqin, hər halda. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [İsmət:] Getmiş, artıq əsər yox qəhrəmandan; Mütləq məni eyləyirmiş imtəhan. H.Cavid. // Hər necə olur olsun, hər bir halda, qeydsiz-şərtsiz. Kitabı mütləq mənə çatdır. Sabah mütləq sizə gələcəyəm. Bu gün mütləq gəlməlidir. – [Zinyət:] Öz-özümə söz vermişəm ki, payızda işimiz az olanda mütləq bir də gedəm. S.Rəhman.
2. Əsla, heç, qətiyyən, qəti surətdə. Məhv olub onda mərdlik əsəri; Mütləq olmaz şücaətə cigəri. Füzuli. Mən cahan mülkündə mütləq doğru halət görmədim. M.P.Vaqif.
3. İdealist fəlsəfədə: bütün varlığın daimi, dəyişməz ilk əsası (ruh, ideya, Allah).
4. Müqayisə xaricində, heç bir hadisə, şərait və s.-dən asılı olmayaraq götürülən. Əhalinin mütləq artımı. ‣ Mütləq monarxiya – bax. mütləqiyyət. Mütləq sıfır – mümkün olan ən alçaq temperatur (mənfi 273,16°C). Mütləq çempion – müəyyən idman növünün hər hansı bir dərəcəsində yarış zamanı ən çox xal qazanmış idmançı. Mütləq çoxluq – böyük əksəriyyət.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
mütləq
hökmən, şərtsiz, şəksiz, sözsüz, danışıqsız, qəti
{hükmen, şartsız, şeksiz, sözsüz, tartışmasız, mutlak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mütləq
illa, kesinlikle, muhakkak, mutlak