turklehceleri.org

müsafir

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

müsafir

is. [ər.]
1. Səfər edən, səfərə gedən; səyahətə çıxan adam; səyahətçi. Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət.
2. Mehmanxanalarda, karvansaralarda və s.-də müvəqqəti yaşayan adam. Tiflisdə İsmailiyyə mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü. C.Məmmədquluzadə. Geniş pilləkənlərlə üzüaşağı müsafirlər düşürdülər. S.Rəhimov. // Qonaq. İndi yanımca gəl, yapış əlimdən; Bir Muğan qızına müsafir gedək. S.Vurğun. Dostum, sənin yüz kərə olmuşam müsafirin; Durur ayaq izlərim torpağında, daşında. S.Rüstəm. Əziz müsafir üçün hərə bir tədarük görmüşdü. Mir Cəlal. • Müsafir etmək – birini qonaq saxlamaq. [Seyyid:] Xof etmə, bacı, sən mən seyidi müsafir etdin. S.S.Axundov. Müsafir otağı – qonaq otağı. [Ərən:] Haman qullar xörəkləri müsafir otağına daşımağa başladılar. Çəmənzəminli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

müsafir

qonaq, mehman
{misafir, mihman}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

müsafir

misafir


Axir izdelgen sözler: