qarışıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qarışıq
sif.
1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. Qarışıq yun. Qarışıq yağ. // Qoşma mənasında. Başqa bir şeylə qarışmış. [Rzaqulu xanın] ..çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi. Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. M.Hüseyn. Xan sevinc və dəhşət qarışıq qeyri-insani bir səslə hayqırdı. M.Rzaquluzadə.
2. İs. mənasında. İki cinsdən olan, iki soydan əmələ gəlmiş, mələz. Bu itin canavarla qarışığı vardır.
3. İs. mənasında. Bir şeyə qarışdırılmış şey, bir şeyin içində olan başqa şey; qatışıq. Bu buğdanın qarışığı var. Yun və ipək qarışığından toxunmuş parça.
4. zərf Bir yerdə, birlikdə, birgə, bərabər. Qaçaraqda əlini atıb, Telli xanımı pərdə qarışıq götürüb, atın tərkinə qoydu. “Koroğlu”.
5. Bir-birinə keçmiş, qarmaqarışıq, tərtibsiz, nizamsız. Qarışıq saç. Bu kitablar çox qarışıqdır.
6. Anlaşılmaz, dolaşıq, aydın olmayan, qeyri-müəyyən. Qarışıq yazı. Qarışıq fikir. Qarışıq yuxu. – [Telli] nəhayət, qarışıq səslər gəldiyini fərq etdi. S.Hüseyn. Qarışıq addım səsləri yenicə uyqudan ayılıb yatağından qalxmamış Məhərrəmi diksindirdi. H.Nəzərli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qarışıq
I. qatışıq
{karışık}
II. birgə, bərabər
{birlikte, beraber}
III. qarma-qarışıq, tərtibsiz, nizamsız
{karmakarışık, tertipsiz, düzensiz}
IV. anlaşılmaz, dolaşıq
{anlaşılmaz, dolaşık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qarışıq
bileşik, çetrefil, girift, karışık, karışım, karma, kompleks