turklehceleri.org

münsif

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

münsif

sif. [ər.] Mübahisəli bir məsələni və ya işi həll etməkdə vasitəçi olan şəxs. Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! “Koroğlu”. Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki, nahaq söyləyən şəxs utanardı. M.Ə.Sabir. Həmişəyev münsif rolunu dərhal götürdü. B.Bayramov. • Münsif olmaq – hər iki tərəfin mübahisəli məsələsini həll etmək üçün vasitəçi olmaq, miyançılıq etmək, araçılıq etmək. [Atabala:] Ay adamlar, siz münsif olun, bu quyuya düşüb işləmək olarmı? A.Şaiq. ‣ Münsiflər heyəti – müsabiqələrdə, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; jüri. Münsiflər heyəti hazırlıq iclasında bu qərara gəlir ki, özfəaliyyət dərnəyi üzvləri işə pis girişməyiblər. Ə.Vəliyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

münsif

ara bulucu, hakem


Axir izdelgen sözler: