sınaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sınaq
is. Sınama işi, imtahan. Söhbətin bu yerində mən sınaq üçün xalça üstündə oynayan qızı çağırdım. S.Rəhimov. [Əlikram:] Səlim, ..bilirsən ki, yaradıcılıq böyük sınaqlar tələb edir. B.Bayramov. • Sınaqdan keçirmək – sınamaq, yoxlamaq, imtahandan keçirmək. Varaz oğlunun da cəsarətini bəyəndi, amma onu daha çətin bir sınaqdan keçirmək istədi. M.Hüseyn. [Fərrux] mollanın ağzını yoxlamaq, sınaqdan keçirmək üçün tədbir tökürdü. Ə.Vəliyev. Sınaqdan (sınaqlardan) keçmək (çıxmaq) – yoxlanmaq, sınanmaq, imtahandan keçmək. Bu rota böyük sınaqlardan çıxmışdı. S.Vəliyev. Həyat yolunda, yaxşılıq uğrunda bütün sınaqlardan keçməyə hazıram, sevincdən üz döndərmirəm, qəm-qüssədən qorxmuram. Ə.Məmmədxanlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sınaq
təcrübə, yoxlama, imtahan
{tecrübe, deneme, imtihan}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sınaq
deneme, sınav